Müğənni Səidə Sultan imicini dəyişib.
OLAY yazır ki, sənətçi saç rəngini tündləşdirib və onları qısa kəsdirib.
Yeni layihəsini təqdim etməyə hazırlaşan Sultanın imici üzərində stilist Elnur Həsənov çalışıb.
Səidə yeni görüntüsünü sosial media hesabında paylaşıb.
