AZ

Sosial yardım məbləği ilə bağlı əhaliyə şad xəbər: Artımlar olacaq

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı son rəqəmlərə görə, 2025-ci il iyulun 1-nədək ölkədə 80,3 min aztəminatlı ailənin 353,3 min üzvü ünvanlı sosial yardım (ÜSY) alıb. Yardımın bir nəfərə düşən orta aylıq məbləği isə 100,37 manat təşkil edib.

Ünvanlı sosial yardım proqramı aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması və minimum yaşayış şəraitinin təmin olunması məqsədi daşıyır. Son dövrlərdə inflyasiya, ərzaq və kommunal xərclərin artması ilə bağlı yardımların məbləğinin yenidən artırılıb-artırılmayacağı isə cəmiyyətin diqqət mərkəzindədir.

Maraqlıdır, ünvanlı sosial yardımların yenidən artırılması planlaşdırılırmı?

Referans xəbər verir ki, məsələ ilə bağlı News24.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, ünvanlı sosial yardımın məbləği birbaşa ehtiyac meyarı ilə bağlıdır:

“Hər ailə üzvünə düşən ehtiyac meyarı cəmindən ailənin gəliri çıxıldıqdan sonra qalan hissə ünvanlı sosial yardım proqramı vasitəsilə ödənilir. Yəni yardımların məbləği ailələrin gəlir səviyyəsi ilə sıx bağlıdır”.

Deputatın sözlərinə görə, son illərdə hər il ehtiyac meyarı artırılıb və bu prosesin davam etdirilməsi gözlənilir:

“Biz son illər hər il ehtiyac meyarının artırılmasını müşahidə edirik. Bu da birbaşa sosial yardımın artmasına səbəb olur. Artıq bu ilin payız aylarında büdcə paketi təqdim olunarkən ehtiyac meyarı ilə bağlı yeni məbləğ də açıqlanacaq. Bütövlükdə ünvanlı sosial yardımın artırılması sosial siyasətin prioritet istiqamətlərindən biridir. Ehtiyac meyarı ilə minimum yaşayış səviyyəsi arasında fərq qalmaqdadır. Bu fərqin aradan qaldırılması həm sosial ədalətin təmininə, həm də yardımdan faydalanan ailələrin gündəlik xərclərini daha rahat qarşılaya bilməsinə şərait yaradacaq".  

Seçilən
7
4
hurriyyet.az

5Mənbələr