“Turan Tovuz”un futbolçusu Emmanuel Hakman Toqo millisinə dəvət alıb.
Teleqraf xəbər verir ki, 30 yaşlı müdafiəçi növbəti 2 oyununda yığma komandanın sərəncamında olacaq.
Qeyd edək ki, Toqo millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Mavritaniya, sentyabrın 9-də isə Sudanla qarşılaşacaq.