ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Təcili və təxirəsalınmaz tibbi yardım, yanğınsöndürən maşın və s. digər sayrışan işığı olan xüsusi avtomobillərə (polis və s.) yol vermək qanunla da tənzimlənir. Yəni operativ nəqliyyat vasitələri yollarda üstünlük təşkil edir. Yol bir qayda olaraq onlarındır. Hər bir hərəkət iştirakçısı bu nəqliyyat vasitələrinə yol verməlidir.
Yəqin ki, tez-tez sizin də qarşınıza çıxır, təcili yardım, yandğınsöndürən maşınlarına yol verməyənlər də olur. Yol verdikdən sonra bu avtomobillərin arxasında şütüməyə çalışanlar da…
Təcili və təxirəsalınmaz tibbi yardım və ya yanğınsöndürən maşına yol verməyən şəxslər nə düşünür?
Təcili və təxirəsalınmaz tibbi yardım maşını kiminsə canını, sağlamlığını qorumaq üçün tələsir. Yanğınsöndürən maşın da kiminsə evini, mülkünü, iş yerini yanğından mühafizə üçün… Bu maşınlara yol verməyəndə nə baş verir? Hansı hisslər yaranır içinizdə? Bəlkə elə bu avtomobillər sizin evə tələsir? Bunu heç düşünürsünüzmü?
Yanğınsöndürən, təcili tibbi yardım və polis maşınları ilk növbədə öz xidməti vəzifələrini yerinə yetirir və insanlara kömək edir.
Yollarda sürücülərin sürücülük etikasına və yol hərəkəti qaydalarına əməl etmələri vacibdir. Yol hərəkəti qaydalarına əsasən, təcili tibbi yardım maşınının sürücüsü işıqforun qırmızı işığında keçərkən yolayrıcına çatmadan öncə buraxıldığından əmin olmalıdır. İnzibati Xətalar Məcəlləsində də bu məsələ öz yerini alıb. Belə ki, Məcəllənin 31-ci maddəsinə görə, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə - yüz manat məbləğində cərimə edilir.
Müşahidələr onu deyir ki, operativ nəqliyyat vasitələrinə yol verməməklə bağlı cərimə məbləği daha yüksək olmalıdır. Sanki...
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.