ain.az xəbər verir, Olay.az saytına əsaslanaraq.
Namiq Qaraçuxurlu Rusiya sərhəddində saxlanıldı -
Meyxanaçı Namiq Qaraçuxurlu (Namiq Şükürov) Rusiyaya buraxılmayıb.
OLAY-ın əldə etdiyi məlumata görə, qonşu ölkəyə yollanan sənətçi ötən gecə Şeremetyevo Beynəlxalq Hava Limanında sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. İfaçının köməkçisi İlkin Şükürov da (qardaşı oğlu - red.) ölkəyə keçməsinə icazə verilməyib. Bir neçə saat dindirildikdən sonra İlkin sərbəst buraxılıb.
İddialara görə, Namiq Qaraçuxurlunun telefon yazışmalarında Rusiyaya qarşı əks mövqe sərgilədiyi mesajlar olduğundan onun saxlanılma prosesi bir neçə saat çəkib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.