Kiyevə Rusiya ordusunun avqustun 28-də endirdiyi raket zərbələri nəticəsində həlak olanlar arasında azərbaycanlı da var.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ukrayna paytaxtının Xarkovsk rayonunda, beşmərtəbəli binanın dağıntılarının altından azərbaycanlının meyiti çıxarılıb.
Raket zərbələri nəticəsində ölən əslən Bakıdan 60 yaşlı Zəkiyev Ramiz olduğunu müəyyən edilib.