Ukrayna Prezidenti Vladimir Zelenski, davam edən Rusiya hücumlarına baxmayaraq, Rusiya ilə birbaşa liderlər formatında danışıqlara hazır olduqlarını təsdiqləyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbəti zamanı bildirib. Məlumat Zelenskinin mətbuat xidməti tərəfindən Telegram kanalında paylaşılıb.
“Cari vəziyyətlə bağlı fikir mübadiləsi apardıq və növbəti diplomatik addımları müzakirə etdik. Ukrayna liderlər formatında danışmağa hazırdır, çünki bu, yeganə səmərəli formatdır”, – deyə paylaşımda qeyd olunur.
Zelenski əlavə edib ki, görüş zamanı təhlükəsizlik zəmanətləri məsələsi də liderlərin diqqət mərkəzində olub.
Məryəm Quliyeva