İsrail ordusu, Yəmənin husilər tərəfindən nəzarətdə saxlanılan paytaxtı Sənaya zərbə endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə husilərə məxsus Al Masirah telekanalı məlumat yayıb.
Hücumun xəbəri, “Ənsar Allah” hərəkatının lideri Əbdül Malik əl-Husinin həftəlik çıxışının efirdə yayımlandığı anda daxil olub. Al Yemen kanalının verdiyi məlumata görə, şəhərdə bir neçə partlayış baş verib.
Məryəm Quliyeva