Qəzza Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatlar paylaşılıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzza zolağında 71 nəfər ölüb, 339 nəfər yaralanıb.
Atəşkəsin dayandırılmasından sonra 18 martdan bu yana İsrail işğalçı qüvvələrinin Qəzzada başlatdığı hücumlarda 11 min 121 fələstinlinin həlak olduğu, 47 min 225 fələstinlinin isə yaralandığı bildirilib.
Son 24 saatda Qəzzada humanitar yardım gözləyənləri hədəf alan hücumlarda 22 fələstinlinin öldüyü, 203 nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, mayın 27-dən bəri İsrail-ABŞ-nin rəhbərlik etdiyi sözdə yardım paylama məntəqələrində fələstinliləri hədəf alan sistematik hücumlarda ölənlərin sayının 2180 nəfərə, yaralı sayının isə 16046 nəfərə çatıb.
2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 62 966 nəfərə, yaralı sayının isə 159 266 nəfərə yüksəldiyi bildirilir.
Qəzza xəstəxanalarında son 24 saatda qida çatışmazlığı və aclıq səbəbiylə aralarında uşaqların da olduğu 4 nəfər həyatını itirib, aclıqdan ölənlərin sayı 121-i uşaq olmaqla 317-yə yüksəlib.