AZ

“Evləndir, düzələr” deyirlər, bu müalicə üsulu deyil, məsuliyyətdir

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Evlilik müalicə deyil, məsuliyyətdir. Çox təəssüf, hələ də bəzi valideynlər  “Evləndir, düzələr” düşüncəsi ilə yaşayırlar”.

Ölkə.Az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi, jurnalist Teymur Mərdanoğlu qeyd edib. O deyib ki, əqli qüsurlu insanların evləndirilməsi doğulan uşaqların da həyatında problemlər yaradır:

İşgəncə görən uşaqlar valideynlərindən alınacaq? - RƏSMİ

“Əziz valideynlər, övladlarımız bizim canımızdır, amma hər valideynin borcudur ki, onların gələcəyi barədə düzgün qərar versin. Əqli və ya psixoloji problemi olan övladını “evləndirməklə məsuliyyətdən qurtulmaq” çıxış yolu deyil.

Problemi olan övladlarımızı evləndirməyə tələsməyək. Bu, onların həyatı üçün də, gələcəkdə dünyaya gətirəcəkləri uşaqları üçün də böyük bir məsuliyyətdir. 

Təəssüf ki, belə hallarda doğulan körpələr çox vaxt həm sağlamlıq problemləri ilə üz-üzə qalır, həm də ailədaxili zorakılığın qurbanına çevrilirlər”.

Jurnalist bildirib ki, evlilik sadəcə “adət-ənənə” naminə atılan addım deyil:

“O, həm böyük bir məsuliyyət, həm də gələcək nəsillərin sağlamlığına birbaşa təsir göstərən mühüm qərardır. Unutmayaq: Hər bir uşağın sağlam, xoşbəxt və təhlükəsiz mühitdə böyüməyə haqqı var.

Uşaqların günahsız taleyini yanlış qərarlara qurban verməyək”, - deyə o əlavə edib.

Qeyd edək ki, Ağdamda valideynlər iki azyaşlı körpəsini döyərək ölümcül hala salıblar. Hər iki valideyn körpənin bədəninin bəzi nahiyələrini dişləyərək xəsarət yetiriblər. Hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb. Uşaqlardan biri, 2023-cü il təvəllüdlü körpə ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasındadır və vəziyyəti ağırdır.

Hadisəni törətməkdə şübhəli bilinən, azyaşlıların valideynləri saxlanılıb.

Billurə Yunus

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
olke.az

2Mənbələr