Hurriyyet.az xəbər verir ki, ötən gecə Rusiya hərbçilərinin Ukraynaya atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin 100 metrliyində yerə düşüb. Azərbaycanın diplomatik missiyasının yaxınlığına düşmüş raket yanğına və güclü partlayışa səbəb olub.
Jurnalist Denis Kazanski bununla əlaqədar yazıb: "Gecə Rusiya Azərbaycanın Kiyevdəki səfirliyini hədəfə alıb. Amma bir qədər hədəfdən yayınıb. Bundan əvvəl ruslar Azərbaycanın bir neçə neft bazasını bombalamışdılar. İndi isə səfirliyə aşkar terror hücumu ediblər".
Xəbər verdiyimiz kimi, ötən gecə Ukraynanı ballistik raketlərlə və dropnlarla atəşə tutan Rusiya hərbçiləri Kiyevdə avropalı diplomatlara da hücum ediblər. Bununla da Vyana Konvensiyası pozulub. Avropa İttifaqının Ukraynadajı missiyasının binası zədələnib.
Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X şəbəkəsindəki səhifəsində yazıb.
Açıqlamada deyilir: "Rusiya gecə hücumu zamanı diplomatlara da zərbə endirib — bu, Vyana Konvensiyasının aşkar şəkildə pozulmasıdır. Aİ-nin Ukraynadakı missiyası zərər çəkib. Bu addımı təkcə təkcə Aİ deyil, bütün dünya qınamalıdır".
Hürr Tərcüman