AZ

Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Füzuli Ələkbərovun şirkətinə 133 min ödəyəcək

“Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi istehsalat nəqliyyat vasitələrinin yağ-sürtgü materiallarının dəyişdirilməsi, təmiri və ehtiyat hissələrinin alınmasına 133 135 AZN sərf edəcək.

Hurriyyet.az-ın xəbərinə görə, xidməti “İmprotex Trucks and Buses” MMC həyata keçirəcək.

Tərəflər arasında müqavilə bağlanıb. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Adı çəkilən şirkət sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur.

Pravda.az

Seçilən
7
2
hurriyyet.az

3Mənbələr