AZ

Günəşdə güclü plazma tullantıları müşahidə olunub

ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu (İKİ) və Günəş-Yer Fizikası İnstitutunun (İSZF) Günəş astronomiyası laboratoriyasının alimləri 28 avqust tarixində Günəşin şimal yarımkürəsində güclü plazma tullantılarını qeydə alıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Laboratoriyanın məlumatına görə, hazırda aktiv Günəş zonaları birbaşa Yerə yönəlməyib və bu səbəbdən planet üçün təhlükə yaratmır.

Bununla belə, alimlər Günəşdə baş verənləri “cəhənnəm kimi bir şey” adlandırırlar. Son sutka ərzində Günəş səthində azı yüz yeni ləkə yaranıb. 25 avqust 2025-ci ildə isə ard-arda iki M sinifli partlayış qeydə alınıb. Onların gücü M4.6 səviyyəsinə çatıb ki, bu da beş ballıq şkalada dördüncü səviyyəyə uyğundur.

Bu il Günəşdə qeydə alınan ən böyük plazma tullantısı isə 2025-ci ilin 25 fevralında baş verib. Həmin hadisə kosmik koronoqraflar tərəfindən qeydə alınıb. Tullantıdan sonra yaranan plazma buludu kosmosa yayılıb.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr