AZ

Ərdoğanla Şahbaz Şərif telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TRT Haber məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı Türkiyə–Pakistan ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Pakistanda baş verən sel fəlakəti və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərlə bağlı Baş nazirə başsağlığı və keçmiş olsun arzularını çatdırıb.

Ərdoğan bildirib ki, qardaş Pakistan xalqının yanında olan Türkiyə, fəlakətdən zərər çəkən bir çox bölgədə yardım fəaliyyətlərini davam etdirir və daha geniş dəstək göstərməyə hazırdır.

Seçilən
26
operativmm.az

1Mənbələr