Xorvatiyalı qadın vizajist Marina Mamiç diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, o, makiyaj vasitələri ilə özünü "Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldoya bənzədib.
Onun videosu sosial şəbəkələrdə viral olub və yüz minlərlə baxış toplayıb.
Öz növbəsində, Kriştiano Ronaldonun özü də onun transformasiyasını hekayələrində görüb. Marina etiraf edib ki, bu onun üçün böyük sürpriz olub.
Əvvəllər o, Cennifer Lopez, Eminem və Luka Modriçin obrazlarını da yaradıb.