AZ

Aqrar sektorda süni intellektin tətbiqi genişlənib

Missiya.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda aqrar sahədə süni intellektin tətbiqi genişlənib.

Missiya.Az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu "Aqroparkların inkişafında yeni mərhələ" mövzusunda keçirilən tədbirdə "Aqrar sahədə süni intellektin tətbiqi imkanları" mövzusunda təqdimat edən aqrar sahədə süni intellekt layihəsinin rəhbəri Surxay Novruzov bildirib. 

Hazırda nazirliyin bu istiqamətdə həyata keçirdiyi layihələr barədə iştirakçıları məlumatlandıran S.Novruzov qeyd edib ki, üzərində iş gedən layihələr əkinçilik, bağçılıq, toxumçuluq üzrə ixtisaslaşmış fermerlərə bölgələr üzrə torpağa uyğun düzgün bitki seçimi aparmağa, regionlar üzrə bitki xəstəlikləri üzrə risk səviyyələrini müəyyənləşdirməyə və bitki sağlamlığına düzgün nəzarət etməyə bütün bunlara uyğun olaraq əkinləri planlaşdırmağa imkan verəcək.   

Təqdimatlardan sonra aqroparkların fəaliyyətində meydana çıxan çətinliklər, onların həlli yolları, iri istehsal müəssisələrinin fəaliyyətinin stimullaşdırılması və digər mövzularla bağlı müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən aqroparkların təmsilçiləri rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və ixracı ilə bağlı vəziyyət barədə geniş məlumat verib, mövcud potensialın daha səmərəli dəyərləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər. Aqropark nümayəndələri, həmçinin, suvarma suyu təminatı, meliorativ tədbirlər, enerji təminatı və ekoloji məsələlərlə bağlı çətinliklərinin olduğunu və problemlərin həlli istiqamətdə dövlət dəstəyinə ehtiyac olduğunu bildiriblər.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb,  təklif və müraciətlərin araşdırılması ilə bağlı müvafiq qurumlarla görüşlər planlaşdırılıb. İştirakçılar Nazirlik ilə aqroparklar arasında səmərəli əməkdaşlığın davam etdirilməsi üçün bu cür müzakirələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
3
missiya.az

4Mənbələr