AZ

Vens: “Trampla Zelenskini mövqeyi üst-üstə düşür”

AzVision.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens belə bəyanatla çıxış edib.

“Bu məsələdə biz prezident Zelenski ilə böyük mənada həmrəyik. Bəzi fikir ayrılıqlarımız olsa da, biz, şübhəsiz ki, Ukraynanın ərazi bütövlüyünü qorumaq istəyirik. Biz Rusiyanın bütün ölkəni fəth etməsini istəmirik”, - siyasətçi deyib.

Onun sözlərinə görə, Ağ Ev administarsiyası münaqişənin “davam edən döyüşlərdə rusların elə də uğur qazanmadığı, ukraynalıların isə ümumiyyətlə heç nəyə nail olmadığı” mərhələyə keçdiyini düşünür.

- ABŞ də daxil olmaqla hamının qətllərin dayandırılması və məsələni sülh yolu ilə həlli mərhələsinə keçməsi daha yaxşı olardı”, - Vens vurğulayıb.

Bundan əvvəl ABŞ-nin vitse-prezidenti “NBC” telekanalına verdiyi son müsahibədə vurğulayıb ki, avqustun 15-də Alyaska sammiti zamanı Rusiya tərəfi Ukrayna ilə 3,5 il yarım davam edən müharibədə ilk dəfə“əhəmiyyətli güzəştlərə” gedərək Ukraynanın müharibədən sonra ərazi bütövlüyünü qoruyacağını etiraf edib. Siyasətçinin dediyinə görə, əsas məsələlər ərazi və təhlükəsizlik təminatı olaraq qalır.

“Potensial sülh sazişi çərçivəsində Moskva Xarkov, Sumı və Dnepropetrovsk vilayətlərində Rusiya qoşunlarının nəzarətində olan ərazilərin bir hissəsini Kiyevə verməyə, həmçinin Zaporojye və Xerson istiqamətlərində cəbhə xətti boyunca hücumu dayandırmağa hazırdır. Bunun müqabilində Rusiya Ukrayna qüvvələrinin Donbassda nəzarətdə saxladıqları ərazilərdən çıxarılmasını gözləyir”,- öz növbəsində “Reuters” agentliyi yazır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
0
1
azvision.az

2Mənbələr