ain.az, Oxu.az saytına istinadən bildirir.
"AZCON Holding" şirkətlərindən olan "Azərpoçt" MMC hazırda respublika ərazisində geniş xidmət şəbəkəsinə malik olmaqla əhalinin bütün təbəqələrinə, eləcə də hüquqi şəxslərə ənənəvi və qeyri-ənənəvi poçt və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir.
Ölkənin yeganə milli poçt operatoru "Azərpoçt" 35 poçt filialı və bütün ölkəni əhatə edən poçt şöbələri ilə vətəndaşlara xidmət göstərir.
2010-cu ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən milli poçt operatoruna maliyyə xidmətlərinin göstərilməsi üzrə razılıq (lisenziya) verildikdən sonra "Azərpoçt" MMC Beynəlxalq ödəniş sistemləri olan "SWIFT", 2011-ci ildən "MasterCard", 2022-ci ildən "VISA" ödəniş sisteminə, ölkə daxilində isə Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminə (XÖHKS), Real Vaxt Rejimində Hesablaşmalar Sisteminə (AZIPS), Hökumət Ödəniş Portalına (HÖP) və digər ödəniş sistemlərinə qoşularaq bu sistemlərin imkanlarından istifadə edir.
Həmçinin maliyyə xidmətlərindən faydalanan fiziki və hüquqi şəxslər üçün mobil tətbiq və internet bankçılıq xidmətlərini də istifadəyə verib.
Son illər elektron kommersiyaya xüsusi diqqət ayıran "Azərpoçt" "Postcargo" adlı karqo xidməti, 42 təhvil-təslim (PUDO) məntəqəsi, özünəxidmət funksiyalı avtomatlaşdırılmış "Postamat" qutularını da istifadəyə verib.
1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra poçt sahəsində də beynəlxalq münasibətlər qurulmağa başladı.
Bu gün "Azərpoçt" MMC dünyanın, demək olar ki, bütün ölkələri ilə birbaşa və ya tranzit yolla beynəlxalq poçt mübadiləsinin həyata keçirilməsinə nail olub.
Azərbaycan poçtunun beynəlxalq uğurları kimi ölkəmizin Ümumdünya Poçt İttifaqının (ÜPİ) 2004-cü ildə Buxarestdə keçirilən 23-cü Konqresində bu təşkilatın ali orqanı olan Administrativ Şurasına, 2008-ci ildə Cenevrədə keçirilən 24-cü Konqresində təşkilatın hər iki ali orqanına - Administrativ Şurasına və Poçt İstismarı Şurasına, 2016-cı ildə isə İstanbulda keçirilən 26-cı Konqresdə yenidən Poçt İstismarı Şurasına üzv seçilməsini göstərmək olar.
PhotoStock.az ərazidən fotoreportaj hazırlayıb:
Daha çox foto burada: PhotoStock.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.