AZ

Hande Erçellə Hakan Sabançı ayrıldı: Səbəb bu imiş…

3 ildir birlikdə olan aktrisa Hande Erçel ilə  iş adamı Hakan Sabancının münasibəti başa çatıb. Erçel “Instagram” hesabından Sabancının fotolarını silib. Mətbuatda yayılan xəbərlərə görə, ayrılığın səbəbi “evlilik böhranı” olub.

News24.az xəbər verir ki, Hande Erçel münasibəti nikah masasına daşımaq istəyib, lakin Sabancının anası Arzu Sabancı bu evliliyə razılıq verməyib. Bu səbəbdən də cütlüyün münasibəti sona çatıb.

Arzu Sabancı ayrılıqdan sonra sosial şəbəkədə paylaşım edərək, “Cəhalət də yuxu kimidir. Səni oyandıran adama ilk reaksiyan qəzəbdir” sözlərini yazıb. Bu açıqlamanın oğlunun münasibətinin bitməsinə səbəb olduğu üçün Hakan Sabancıya ünvanlandığı iddia olunur.

Ayrılıq barədə heç bir açıqlama verməyən Hakan Sabancı son olaraq dostunun ad günündə görüntülənib. Bu gün isə o da Hande Erçellə olan bütün fotolarını “Instagram” hesabından silərək ayrılığı tam təsdiqləyib.

Xeyrənsə Piriyeva

Seçilən
44
news24.az

1Mənbələr