AZ

Kuleba: “Ukraynadakı münaqişə tezliklə bitməyəcək”

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Moskva ilə Kiyev arasında münaqişə davam edəcək”

“Ukraynadakı münaqişə yaxın gələcəkdə bitməyəcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Der Spiegel” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hamı guya sülhün yaxınlaşdığını deyir, eyni zamanda, bunun belə olmadığını etiraf edir.

Kuleba bildirib ki, Moskva ilə Kiyev arasında münaqişə davam edəcək.

"Son səkkiz ay ərzində Vaşinqtondan gələn xəbərlərə baxsanız, amerikalılar daim bu haqda danışırlar: "Biz həmişəki kimi sülhə yaxınıq, Rusiya güzəştə gedir, Ukrayna əməkdaşlıq edir, biz irəliləyiş əldə edirik." Amma sonda hər şey olduğu kimi qalır. Mənim məsləhətim odur ki, Vaşinqtondan gələn xəbərlərə az diqqət yetirin və nəyinsə dəyişdiyini göstərən real işarələrə daha çox diqqət yetirin", - o deyib.

Sabiq nazirin sözlərinə görə, döyüş meydanında vəziyyətin dinamikasını izləmək, həmçinin prezidentlər Vladimir Putin, Volodimir Zelenski və Donald Trampın potensial görüşü ətrafında hadisələrin inkişafını izləmək lazımdır. Qalan hər şey informasiya səs-küyüdür, Kuleba hesab edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
ayna.az

1Mənbələr