Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Rus kanalları yenə hirslənib. Kremlin təbliğatçıları yenə də əsib-coşur. Özlərini yorur, saçlarını yolur, efirləri dağıdırlar.
Səbəb nəymiş?! Səbəb İlham Əliyevin axırıncı müsahibəsindəki fikirləriymiş. Azərbaycan prezidenti deyib ki, Azərbaycan xalqı 1918-ci ildə müstəqil dövlət qurmuşdu, Rusiya ordusu gəlib o dövləti işğal etdi, "dövlətimizi əlimizdən aldı".
Burda düz olmayan bir şey var?! Yox.
Onda bəs niyə özünü öldürür bu trol dəstəsi?!
Rusiyanın günahı üzündən Azərbaycanla aranız sərinləşibsə, bu, o deməkdir ki, indiyə qədər qəbul etdiyiniz bütün tarixi faktlardan imtina etməlisiniz?!
Qəribədir, prezident Putindən tutmuş sonuncu propoqandistə qədər hamısı deyir, filan ölkəni Rusiya qurub, filan ölkəyə torpaq verib, filan xalqa dövləti Moskva qurub və sair və ilaxır.
Sual olunur: bəs sizin üçün dövləti kim qurub?! Dönüb tarixə baxın, Rürikə baxın...
"O ölkəyə torpaq vermişik, bu ölkəyə torpaq vermişik"...
Bəs siz özünüz hardan almışdınız o torpaqlar?! Məlumdur.
Ona-buna "süni dövlət" deyirsiniz. Bəs siz özünüz təbii dövlətsiniz?! 17 milyon kvadrat kilometr ərazidə normal bir sistem qura bilməmisiniz. O boyda sərvətin üstündə yarıac oturmusunuz. Nə yardan doyursunuz, nə əldən qoyursunuz. Bir ucdan da başqalarının torpaqlarını işğal edə-edə gedirsiniz.
Bununla hara gedirsiniz?!
Başqaları üçün belə dövlət quransınız, əvvəlcə özünüzə normal dövlət qurun. Mülki təyyarəmizi vurub, arxasında dura bilmirsiniz. Adınızı da "qlobal güc" qoymusunuz. Bir tarixi faktı, həqiqəti eşitməyə belə mənəvi gücünüz yoxdur.
Sizin gücünüz ancaq uşaq oğurlamağa, uşaq bağçalarını, evləri, məktəbləri, xəstəxanaları bombalamağa çatır.
Bu cür mənəvi cırtdanlar özünü necə "qlobal güc" saya bilir?!
Ritorik sualdır.
Seyid Əhmədli, bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.