ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenskiyə telefonla bildirib ki, Ankara Ukrayna və Rusiya arasında yüksək səviyyəli təmasları tam şəkildə asanlaşdırmağa hazırdır.
Bizimyol.info xəbər verir ki, bu barədə söhbətdən sonra Ərdoğanın ofisi məlumat verib.
“Söhbət zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətlər, Ukrayna ilə Rusiya arasında sülh prosesi, regional və qlobal məsələlər müzakirə edilib. Prezidentimiz Ukrayna-Rusiya müharibəsinin ədalətli həllinin mümkün olduğunu, iki tərəf arasında danışıqların davam etdirilməli olduğunu və Türkiyənin sülhə zəmin yaradacaq yüksək səviyyəli təmasları asanlaşdırmaq üçün əlindən gələni etməyə hazır olduğunu bəyan edib”, - deyə ofisdən bildirilib.
Ərdoğan həmçinin "Rusiya ilə ABŞ-ın Alyaskada, ABŞ, Ukrayna və Avropanın Vaşinqtonda təmaslarını yaxından izlədiyini, Türkiyənin müharibəni bitirmək və davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirdiyini və sülhün bərqərar olmasından sonra Ukraynanın təhlükəsizliyinə kömək etməyə davam edəcəyini" bildirib.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.