AZ

CFİ Financial İnvestisiya Şirkəti QSC 6 ay ərzində 3 milyon manata yaxın xalis zərər əldə edib

Bizimyol saytına istinadən ain.az xəbər verir.

“CFI Financial İnvestisiya Şirkəti” 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 2 milyon 947 min manat xalis zərər ilə başa vurub. "CFI Azerbaijan" 2025-ci ilin Fevral ayında rəsmi açılışını qeyd edib. Səhmdar dəyişikliyindən sonra Şirkət bazara daxil olur və yaranmış zərər böyük ehtimalla bununla bağlı ola bilər. 

“CFI Financial İnvestisiya Şirkəti” QSC-nin 30 iyun 2025-ci il tarixinə İdarəetmə Hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında Şirkətin cəmi gəlirləri 62 min manat, xəmi xərcləri 3 milyon 9 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən “CFI Financial" ilk yarımili zərər ilə bağlayıb.

"CFİ Financial İnvestisiya Şirkəti" QSC 2024-cü ili 972 min manat xalis zərər ilə başa vurmuşdu.

Hazırda “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin nizamnamə kapitalının 90%-i "CFİ FİNANCİAL GROUP HOLDİNG LİMİTED" Şirkətinə, 10%-i İlqar Rüstəmbəyliyə məxsusdur.

Səhmdarların dəyişməsilə əlaqədar olaraq 04.11.2024-cü il tarixində “AzFinance İnvestisiya Şirkəti” QSC-nin adı “CFI Financial İnvestisiya Şirkəti” olaraq dəyişdirilmşdir.

1998-ci ildə təsis edilmiş "CFI Financial Group" Yaxın Şərq və Şimali Afrika bölgəsinin aparıcı onlayn ticarət brokeridir. Şirkət London, Abu Dabi, Dubay, Keyptaun, Bakı, Beyrut, Amman və Qahirədə fəaliyyət göstərir. 2025-ci ilin Fevral ayında "CFI Financial Group" "CFI Financial Investisiya Şirkəti"nin (CFI Azerbaijan) rəsmi açılışını elan edib.

2024-cü ildə “CFI Financial Group” “Azfinance İnvestisiya Şirkəti” ASC-nin səhmlərini alaraq Azərbaycanın qiymətli kağızlar bazarına daxil olub.

Mənbə: marja.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
4
bizimyol.info

5Mənbələr