Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampa Rusiya Silahlı Qüvvələrinin zərbəsindən sonra Aİ-nin Kiyevdəki missiyasının binasına dəyən ziyan barədə danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə siyasətçi X sosial şəbəkəsində məlumat verib.
“Mən Vladimir Zelenski və ABŞ prezidenti ilə Kiyevə edilən kütləvi zərbə haqqında danışdım və bu, Kiyevdəki missiyamıza da təsir etdi”,- deyə o, qeyd edib.
AK rəhbərinin sözlərinə görə, Brüssel Kiyevi Ukraynanın ehtiyac duyduğu təhlükəsizlik təminatı ilə təmin etmək niyyətindədir.