AZ

20 su emalı müəssisəsində çirklənmə aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cari ilin iyul ayından etibarən aparılan monitorinq çərçivəsində su istehsalı müəssisələrindən 39, yol kənarlarında və binaların həyətlərində quraşdırılmış modul tipli su aparatlarından 47 nümunə götürülərək, laborator müayinələrə cəlb olunub.

 

Pravda.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

 

Bildirilib ki, mikrobioloji göstəricilər üzrə sınaq nəticələrində uyğunsuzluq müəyyən edilən su emalı müəssisələrində və su aparatlarında yoxlamalar aparılıb. Yoxlama zamanı 20 su emalı müəssisəsindən və 1 su aparatından götürülmüş içməli su nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb. Eyni zamanda yoxlamalar zamanı bir sıra müəssisələrdə sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.

 

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar həmin müəssisələrdə nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkarlar barəsində inzibati tədbirlər görülüb. Bu sahədə yoxlamalar davam etdirilir.

 

Uyğunsuzluq müəyyən edilmiş müəssisələr və su aparatı aşağıdakılardır:

Tarix: 28 Avqust 2025, 17:25   
Seçilən
16
5
pravda.az

6Mənbələr