AZ

Netanyahunun “soyqırım” bəyanatının bizə dəxli yoxdur

İsrail Baş naziri Benyamin Netanyahunun “soyqırım”la bağlı bəyanatının Ermənistana, onun xalqına və ya respublikanın milli maraqlarına heç bir aidiyyəti yoxdur.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Erməni soyqırımı”nın tanınmasının reallığımız və xalqımızın maraqları ilə heç bir əlaqəsi olmayanların əlində geosiyasi alver predmetinə çevrilməsini istəyib-istəmədiyimizi anlamalıyıq”, - o bildirib.

Paşinyan özünün də bunu istəmədiyini deyib və vətəndaşları Ermənistan dövlətinin maraqlarına diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu müsahibəsində Osmanlı imperiyası tərəfindən ermənilərə qarşı törədilən “qırğınları” şəxsən “soyqırım” kimi tanıdığını demişdi.

Seçilən
14
3
sitat.info

4Mənbələr