AZ

Fransa Fələstində səfirlik açmağı planlaşdırır

Fransa sentyabr ayında BMT Baş Assambleyasının iclasında Fələstini dövlət kimi tanıdıqdan sonra, İordan çayının qərb sahilində səfirlik açmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun müşaviri Ofer Bronştayn “Kanal 12”yə bildirib.

Onun sözlərinə görə, Fransada da Fələstin səfirliyinin açılması nəzərdə tutulub.

Makronun müşaviri bu qərarı “təbii” adlandırıb.

Bronştayn Fransa səfirliyinin böyük ehtimalla Ramallahda yerləşəcəyini bəyan edib.

Diplomat Fələstin dövlətinin qurulmasının İsrailin də maraqlarına cavab verdiyini iddia edib.

O qeyd edib ki, əgər stabil Fələstin dövləti olsaydı, 2023-cü ildə baş vermiş 7 oktyabr hadisələri meydana gəlməzdi.

Seçilən
3
10
operativmm.az

10Mənbələr