Ayna saytından alınan məlumata görə, ain.az bildirir.
Təzə kartofdan ibarət hədiyyə kətan torbaları hazırlanıb
Belarus Prezidenti Aleksandr Lukaşenko Çinə qarşıdakı səfəri zamanı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə toplaşacaq xarici liderlərə hədiyyə etmək üçün özü ilə bir neçə kisə kartof aparacağını bildirib.
AYNA.AZ BelTA agentliyinə istinadən bildirir ki, dövlət başçısının sözlərinə görə, artıq prezidentin yardımçı təsərrüfatında yetişdirilən təzə kartofdan ibarət hədiyyə kətan torbaları hazırlanıb. Bunlar yerli sortların, o cümlədən “Perşasvet” və “Briz” kartoflarıdır.
Belarus Prezidentinin Mətbuat Xidmətinə yaxın “Pul Pervogo” “Telegram” kanalının məlumatına görə, hədiyyəyə kolza yağı da əlavə olunacaq. Ümumilikdə 10 hədiyyə səbəti hazırlanacaq.
Avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində keçiriləcək ŞƏT sammitində Rusiya Prezidenti Vladimir Putin, Lukaşenko da daxil olmaqla 20-dən çox dövlətin liderləri, eləcə də 10 beynəlxalq təşkilatın rəhbərləri iştirak edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.