AZ

Yanğın olan DOST mərkəzi bağlandı

17:01 28.08.2025
17:01 28.08.2025

Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron Dost Mərkəzinin inzibati binasında baş verən yanğınla əlaqədar mərkəz müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

Mynews.az xəbər verir ki, bu barədə DOST Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu, Mərkəzdə ehtiyac yaranan kiçik təmir işlərinin aparılması ilə əlaqədardır.

Qeyd edilib ki, ötən gün saaat 16:30 radələrində Abşeron DOST Mərkəzində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfindən operativ qaydada söndürülüb: “Hadisə yalnız bir otaqda baş verib və Mərkəzi əhatə etməyib. Vətəndaşlar Bakı şəhərində yerləşən digər DOST mərkəzlərinə müraciət edə bilərlər”.


Seçilən
42
23
mynews.az

10Mənbələr