Finss.az - 28 avqust 2025-ci il tarixində “Yeni Klinika” Publik Hüquqi Şəxs yanğınsöndürmə balonlarının doldurulması xidməti üzrə müsabiqə elan edib. Satınalmanın ehtimal olunan qiyməti 5.460,65 AZN təşkil edir.
Müsabiqə çərçivəsində 4 kq, 5 kq və 6 kq-lıq yanğınsöndürmə balonlarının təkrar doldurulması nəzərdə tutulur. Xidmət zamanı köhnə quru kimyəvi toz boşaldılaraq yenisi ilə əvəz edilir və yararsız ehtiyyat hissələri – manometr, tətik, şlanq, boya işləri, monjet, etiket, kəmər və s. – dəyişdirilir.
Təkliflərin qəbulu və zərflərin açılışı 18 sentyabr 2025-ci il saat 17:00-da həyata keçiriləcək. İştirak haqqı 10,9213 AZN, istifadə haqqı isə 25 AZN təşkil edir və ödənişlər geri qaytarılmır.
Əlavə məlumat üçün satınalma şöbəsinin müdiri Mirteyub Təyublı ilə [email protected] elektron poçtu və ya +994 12 505 62 31 nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.