AZ

Rusiya səfiri Britaniya XİN-ə çağırıldı

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın Londondakı səfiri Andrey Kelini Rusiya Silahlı Qüvvələrinin Kiyevə gecə saatlarında endirdiyi raket zərbələri ilə əlaqədar nazirliyə çağıracaq. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

“Rusiya səfiri Kiyevdə Britaniya Şurasına (British Council) məxsus binanın zədələnməsindən sonra  Britaniya Xarici İşlər Nazirliyinə çağırılacaq”

Bundan əvvəl isə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas Avropa İttifaqının Kiyevdəki diplomatik nümayəndəliyinin binasının zədələnməsi ilə bağlı Rusiyanın Aİ-dəki daimi nümayəndəsinin də çağırıldığını bildirmişdi.

Seçilən
16
1
operativmm.az

2Mənbələr