AZ

Musson yağışları daşqınlara səbəb oldu - 600 min nəfər təxliyə edildi

Pakistanın Pəncab əyalətində Hindistanda yağan güclü musson yağışları nəticəsində daşqınlarda ən azı 22 nəfər həlak olub, 600 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, çoxsaylı kəndlər su altında qalıb, kənd təsərrüfatına ciddi ziyan dəyib.

Hindistanın Ravi, Çenab və Sutlej çaylarındakı bəndlərdən artıq suyun boşaldılması daşqınlara səbəb olub. Baş nazir Şahbaz Şərif fəlakət zonasına səfər edərək yardım işlərini yönləndirib.

İyun ayından bəri musson yağışları ilə əlaqədar ölənlərin sayı 822-yə çatıb.

Seçilən
10
manset.az

1Mənbələr