Türkiyədə "Alemdağ" İdman Klubunun prezidenti Tuncay Meriç kafedə oturduğu yerdə silahlı hücuma məruz qalıb və həyatını itirib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə avqustun 27-də axşam saatlarında Güngören məhəlləsində qeydə alınıb.
Məlumata görə, 49 yaşlı Meriç naməlum şəxs tərəfindən başından vurulub. İlkin araşdırmalar qətlin borc mübahisəsi zəminində törədildiyini göstərir.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hücum edən şəxs hadisə yerindən qaçıb.
İstanbul polisi genişmiqyaslı axtarışlara başlayıb və hadisə ilə bağlı təhlükəsizlik kameraları araşdırılır. Qətlin tam təfərrüatlarının yaxın günlərdə açıqlanacağı gözlənilir.