Almaniyada ABŞ-ın silah tədarükü marşrutları üzərində Rusiyanın kəşfiyyat dronlarının uçması barədə xəbərləri uydurmadır.
APA RBC-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, bu xəbərləri görməmişik, amma bunu təsəvvür etmək çətindir, çünki o halda almanlar bunu görər və yəqin ki, susmazdılar. Bu, daha çox qəzet uydurmasına oxşayır”, – Peskov vurğulayıb.
Qeyd edək ki, “The New York Times“ (NYT) Rusiyanın ABŞ və müttəfiqlərinin Şərqi Almaniya ərazisində hərbi yüklərin daşımaları üçün istifadə etdiyi marşrutlar üzərində kəşfiyyat dronları uçurduğuna dair məqalə yayıb.
"Cebheinfo.az"