Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarında "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) matçı keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, oyunu izləməyə gedənlər arasında tanınmış simalar da yer alıblar.
Müğənni Lətifə Soyuöz futbolu izləməyə oğlu Ariflə gedib. O, oğlu ilə görüntülərini sosial şəbəkədə paylaşıb.
Aktrisa Sevinc Əliyeva da oyunu oğulları Nihad və Suadla birlikdə izləyib.
Qeyd edək ki, qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatdı. Ümumi hesabda 5:4 hesabı ilə qalib gələn “Qarabağ” 8 il sonra ÇL-in əsas mərhələsinə vəsiqə qazanıb.
"Cebheinfo.az"