AZ

Dünyanın ən çox minalanmış ölkəsi məlum oldu

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ukraynada minalanmış və partlamamış sursatlarla çirklənmiş ərazilərin ümumi böyüklüyü 2025-ci ilin iyun ayına olan məlumata görə 139 min kvadrat kilometrə çatıb. 

Bu sahə İngiltərənin ümumi ərazisindən (130 min kvadrat kilometr) daha geniş bir bölgəyə bərabərdir. 

"Cebheinfo.az" Böyük Britaniyanın "The Guardian" qəzetinə istinadən xəbər verir ki, Ukraynanın geniş torpaqları müharibənin yaratdığı minalar və partlamamış sursatlar səbəbindən ciddi təhlükə kəsb edir.Bu təhlükəli bölgələrdə və onların yaxınlığında 6 milyondan artıq insan yaşayır.

Xüsusilə Xarkov, Sumı və Zaporojye bölgələrindəki kənd təsərrüfatı torpaqları minalar səbəbindən ciddi ziyan görüb.Minalar kənd təsərrüfatı fəaliyyətlərini dayanma nöqtəsinə gətirməklə yanaşı, dinc əhalinin gündəlik həyatını da təhdid edir.

Ukraynanın müxtəlif bölgələrində minalar artıq hər yerdədir. Pilotsuz uçuş aparatları (dronlar) və raketlər vasitəsilə geniş ərazilərə səpələnən  minalar, mülki əhalinin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Sumı bölgəsinin Şostka şəhərində yaşayan mina təmizləmə mütəxəssisi Yelizaveta Kiselyova yaşadıqları faciəni belə izah edir:

“Artıq minalar hər yerdədir. İki həftə əvvəl illərlə istifadə etdiyimiz bir yolda bir ailə tamamilə məhv oldu. Böyük ehtimalla həmin minanı bir dron atmışdı”.

Kiselyovanın sözləri minaların nə qədər geniş yayıldığını və təhlükəli hala gəldiyini göz önünə sərir. Mülki əhali gündəlik həyatında belə mina təhlükəsi ilə üz-üzə qalır. Ukraynada mina təmizləmə işləri ölkənin gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Lakin geniş ərazilər, yüksək mina sıxlığı və davam edən döyüşlər bu prosesi xeyli ləngidir. Beynəlxalq ictimaiyyətin dəstəyi minaların təmizlənməsi və mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün həyati dərəcədə önəmlidir. Kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsi, Ukraynanın qida təhlükəsizliyini təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir.

Ancaq mina təmizləmə avadanlıqlarının və mütəxəssislərin çatışmazlığı həll olunmalı əsas problemlər arasında yer alır.

Nigar Hacılı 

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr