AZ

Ərdoğan və Zelenski arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Danışıqlar zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, Ukrayna ilə Rusiya arasında sülh prosesi, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Alyaska və Vaşinqtondakı təmasları yaxından izlədiklərini, Türkiyənin müharibəni qalıcı sülhlə bitirmək üçün səylərini davam etdirdiyini, sülhün bərqərar olması ilə Türkiyənin Ukraynanın təhlükəsizliyinə töhfə verməyə davam edəcəyini bildirib.

Prezident Ərdoğan Ukrayna-Rusiya müharibəsinin ədalətli həllinin mümkün olduğunu, iki tərəf arasında danışıqların gücləndirilməsi və davam etdirilməsinin vacibliyini, Türkiyənin sülhə zəmin yaradacaq yüksək səviyyəli təmasları asanlaşdırmaq üçün əlindən gələni etməyə hazır olduğunu qeyd edib.

Seçilən
1
15
sitat.info

10Mənbələr