AZ

Azərbaycanda 12 bankın aktivləri 1 milyard manatı ötüb

2025-ci ilin ilk yarısının yekunlarına əsasən, Azərbaycanın aktivlərinin həcminə görə ən böyük banklarının adları açıqlanıb.

FED.az xəbər verir ki, 12 bankın aktivləri 1 milyard manatı ötüb.

Renkinqə 14 milyard 47 milyon 23 min manatla “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC başçılıq edir.

İkinci yerdə 12 milyard 714 milyon 118 min manatla “Kapital Bank” ASC qərarlaşıb.

“PAŞA Bank” ASC isə 8 milyard 967 milyon 300 min manatla ilk üçlüyü tamamlayıb.

Növbəti yerlərdə “Xalq Bank” ASC (3 milyard 440 milyon 522 min manat), “Bank Respublika” ASC (2 milyard 658 milyon 382 min manat), “Azər Türk Bank” ASC (1 milyard 918 milyon 414 min manat) və “Unibank KB” ASC (1 milyard 812 milyon 289 min manat) yer alıb.

Aktivləri 1 milyard manatdan çox olan digər banklar isə bunlardır: “AccessBank” QSC (1 milyard 601 milyon 917 min manat), “Yelo Bank” ASC (1 milyard 323 milyon 684 min manat), “Rabitəbank” ASC (1 milyard 187 milyon 982 min manat), “Ziraat Bank Azərbaycan” ASC (1 milyard 68 milyon 532 min manat) və “Bank of Baku” ASC (1 milyard 44 milyon 951 min manat).

Seçilən
19
fed.az

1Mənbələr