
ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində bəyan edib ki, amerikalı maliyyəçi Corc Soros və onun oğulları cinayət məsuliyyətinə cəlb olunmalıdır. Trampın sözlərinə görə, milyarder və ailə üzvləri ABŞ-da keçirilən etiraz aksiyalarında iştirak ediblər.“Corc Soros və onun radikal solçu oğlu RICO qanunu çərçivəsində məsuliyyətə cəlb olunmalıdır”, – deyə Tramp bildirib.Qeyd edilir ki, 12 avqustda amerikalı maliyyəçi və treyder Corc Sorosun 95 yaşı tamam olub. Onun fəaliyyəti artıq çoxdan biznesin sərhədlərini aşıb. İllərdir iş adamının maliyyələşdirdiyi qurumlar “demokratiyanın inkişafı” adı altında xarici ölkələrin daxili işlərinə qarışır və bütün dünyada “rəngli inqilabları” dəstəkləyir.Ulusum.az
Diqqət Çəkənlər
Yeniyetmələrdə «Pokerface»: dəb, yoxsa gizli kömək çağırışı?
On minlərlə insan köçürülür – Pakistan fövqəladə tədbirlər görür
Azərbaycan sərhədində 62 kq narkotik ələ keçirildi