AZ

Fon der Leyenin cəbhəyanı dövlətlərə səfər edəcək

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Avropa Komissiyası Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Avropa İttifaqının “cəbhəyanı dövlətlərinə” səfərlərini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda deyilir.

“Avropa Komissiyasının rəhbəri avqustun 28-dən sentyabrın 1-dək cəbhəyanı 7 dövlətə səfər edəcək”, - deyə məlumatda qeyd edilir.

Burada bildirilir ki, Aİ Rusiya və Belarusla həmsərhəd olan və ya onlara yaxın olan bütün Aİ dövlətlərini “cəbhə xətti” hesab edir. Von der Leyen Finlandiya, Latviya, Litva və Estoniya, Polşa, Rumıniya və Bolqarıstana səfər edəcək.

Ukrayna ilə həmsərhəd olan Macarıstan və Slovakiya fon der Leyenin səyahət planına daxil edilməyib və "cəbhə dövləti" hesab edilmir. Avropa Komissiyası bu səfərin məqsədinin Rusiya qarşısında Avropa birliyini gücləndirmək olacağını vurğulayıb.

Proqrama, xüsusilə, Rusiyaya qarşı hərbi əməliyyatlarda istifadə etmək üçün Ukraynaya göndərilmək üçün silah və pilotsuz təyyarələr istehsal edən zavodlara səfər daxildir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
bizimyol.info

1Mənbələr