AZ

Paşinyan Rusiya və Azərbaycanla 9 noyabr bəyanatına qayıtmağı lazımsız sayır

ain.az bildirir, Bizimyol portalına istinadən.

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağ münaqişəsi zonasında atəşkəslə bağlı Rusiya və Azərbaycanla 9 noyabr 2020-ci il tarixli bəyanata qayıtmağa ehtiyac yoxdur.

Bizimyol.info xəbər verir ki, o, bu barədə cümə axşamı hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

"9 noyabra qayıtmağa ehtiyac yoxdur. 9 noyabr 9 noyabrda qalır. 9 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaya qayıtmağın mənası yoxdur, çünki bu sənəd keçmişdə qaldı", - deyə o qeyd edib.

Onun sözlərinə görə, 2025-ci il avqustun 8-də Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub, eyni zamanda müxalifəti bu hadisədən sonrakı ilk günlərdə - avqustun 9, 10, 11 və 12-də şok vəziyyətində olmaqda və artıq avqustun 13-də əldə edilmiş razılaşmalara fəal şəkildə qarşı çıxmaqda ittiham edib. Paşinyan vurğulayıb ki, o, “bərpa edilmiş sülhü qorumağı” öz vəzifəsi hesab edir və narahatlıq doğuran bütün məsələləri ictimaiyyətə izah etməyə hazırdır.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başlayıb, nəticədə Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalında olan Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğaldan azad edib.

Həmin il noyabrın 9-da Ermənistan, Azərbaycan və Rusiya liderləri hərbi əməliyyatların dayandırılması və münaqişənin gələcək həlli ilə bağlı birgə bəyanat imzaladılar.

2022-ci ildə Qərb liderlərinin iştirakı ilə Praqada keçirilən sammitdə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyacağını bəyan edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
bizimyol.info

1Mənbələr