AZ

İçərişəhərdəki bütün ağacların qeydiyyatı və nömrələnməsinə başlanılıb

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsi çərçivəsində İçərişəhərdəki bütün ağacların qeydiyyatı və nömrələnməsinə start verilib. 

Bu barədə "Report"a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, hər bir ağacın üzərinə xüsusi nömrələnmiş inventar lövhələri vurulur, onların üzərində ağacın kodu və onun elektron uçot vərəqinə keçid imkanı yaradan QR-kod yerləşdirilir:

"İnventarlaşdırma nəticəsində İçərişəhərin bütün yaşıllıqları "Şəhər yaşıllıqlarının reyestri" informasiya sisteminə daxil ediləcək. Proses tam zərərsiz üsulla aparılır və inventar lövhələri ətraf mühit təsirlərinə davamlı materialdan hazırlanır".

Seçilən
4
14
ekologiya.az

10Mənbələr