AZ

Paşinyan: “Sazişin detallarını Bakı ilə sentyabrda müzakirə edəcəyik”

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu, elan edilmiş prinsiplərə zidd ola bilməz”

Ermənistan və Azərbaycan sentyabrın 8-də ABŞ-da əldə olunan razılaşmaların detallarını müzakirə etməyə başlayacaqlar.

AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.

“Sentyabr ayında biz detalları müzakirə etməyə başlayacağıq. Bu, elan edilmiş prinsiplərə zidd ola bilməz”, - deyə o qeyd edib. Paşinyan bildirib ki, regionda açılan kommunikasiyalar keçdikləri ölkələrin yurisdiksiyasında olmalıdır.

Avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla üçtərəfli görüşün yekunları üzrə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan birgə bəyannamə imzalayıblar. O, Bakı və İrəvanın sülh arzusunu vurğulayan yeddi məqamı özündə əks etdirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
2
ayna.az

4Mənbələr