"Ermənistanla Azərbaycan arasında sülh sənədinin paraflanması bununla bağlı bütün məsələlərin həll olunduğu anlamına gəlmir".
Missiya.Az "Hraparak"a istinadən xəbər verir ki, bunun Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə müsahibəsində deyib.
"Biz sülhün bərqərar olduğunu deyəndə, bu o demək deyil ki, tərəflərin artıq bir-biri ilə problemi yoxdur. Bu, heç vaxt münaqişə olmayan ölkələrlə də baş vermir, hətta bizim dostluq münasibətlərimiz var", - Baş nazir qeyd edib.
Paşinyanın sözlərinə görə, dövlətlərarası münasibətlərin inkişafı dinamik prosesdir və bu proses zamanı tərəflər arasında həm razılaşmalar, həm də fikir ayrılıqları olur ki, bu da ümumi mənzərəni və sülhün bərqərar olması faktını dəyişdirmir.
O, həmçinin əlavə edib ki, Azərbaycan bəzi tələbləri, məsələn, Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı irəli sürməkdə davam edir ki, bu da münasibətlərin normallaşması prosesində təbii haldır.
Nurlana ƏhmədovaMissiya.Az