Azərbaycandan xarici bazarlara alma, armud və heyva ixracında artım dinamikası davam edir.
Finss.az-ın məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkəmizdən 58 941,5 ton alma, armud və heyva ixrac olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,6% artım deməkdir.
İxrac dəyəri də yüksəlib
Qeyd olunub ki, ixrac olunan məhsulun həcmi ilə yanaşı, dəyərində də artım müşahidə olunur.
- İxracın ümumi dəyəri: 41 647,7 min ABŞ dolları
- Ötən ilin eyni dövrü ilə müqayisədə artım: 62,9%
Fuad Mədətov
Finss.az