Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Brian-Kelloq paktı 1928-ci il avqustun 27-də Parisdə Milli siyasətdə müharibələrdən imtina edilməsi barədə Fransa xarici işlər naziri A.Brianın təşəbbüsü ilə imzalanan paktın əhəmiyyəti və bugünkü dünya nizamına təsiri nədir? NATO-nun başlanğıcı da bu hadisəyə əsaslanır. NATO-nun mövcud fəaliyyəti, münaqişələrə təsiri, sülhün qorunmasındakı yeri nədir?
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Brian-Kelloq paktı XX əsrdə bağlanıb, Brian-Kelloq paktından sonra İkinci dünya müharibəsi baş verdi və bu soyuq müharibə dövrü idi, bu dövrdən sonra NATO yaradıldı: “Demək olar ki, bu pakt NATO nun bir növ yaradılmasını özündə ehtiva edirdi. Bu pakta qoşulan ölkələr müharibələrdən imtina edirdi. Siyasi əməkdaşlıq, mübahisələri dinc yolla həll etmək yolunu seçirdi.
Məhəmməd Əsədullazadə
Politoloq hesab edir ki, Brian-Kelloq paktına Ukrayna məsələsində ehtiyac duyulur.
“Brian-Kelloq paktı XX əsrin Beynəlxalq siyasi nizamı formalaşdıran bir çox ölkələrin əməkdaşlığı özündə ehtiva edən bir fakt idi. Təbii ki, işlək idi. Almaniya bu prosesi pozdu. Bu gün NATO var və NATO nun fəaliyyəti təbii ki, hazırda Rusiya-Ukrayna müharibəsi fonunda daha da qabarıq hala bürünüb. Bu gün NATO təkcə Qərb Alyansı kimi yox, Hind-Sakit Okean alyansı areallarında yayılır. Bu gün NATO-nun münaqişələrin həllində təsiri və sülhün qorunmasındakı yeri təbii ki, önəmlidir. Bu gün Ukrayna savaşında NATO rəsmi olmasa da, NATO ölkələri ciddi şəkildə dəstək verir. Avropada sülhün qorunmasında NATO-nun önəmli rolu var. Artıq NATO inkişaf edir, yeni üzvlər qəbul olunub”-deyə Məhəmməd Əsədullazadə bildirib.
Politoloq vurğulayıb ki, NATO-nun yaradılması Brian-Kelloq paktından irəli gəlib, Avropa dövlətləri və ABŞ artıq bu paktla da əməkdaşlığı indiyə kimi müxtəlif formatlarda inkişaf etdirirlər.
Məhəmməd Əsədullazadə hesab edir ki, NATO xaricində belə paktlara da ehtiyac var: “Xüsusilə, Ukraynanın təhlükəsizliyi mövzusunda belə paktlara ehtiyac var. NATO ümumiyyətlə, müasir beynəlxalq təhlükəsizlik çağırışlarına ciddi cavab verməsə də, hazırda NATO-nun inkişafı və silahlanması istiqamətində addımlar atılır”.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.