AZ

Sabah 39 dərəcə isti olacaq - HAVA PROQNOZU

Milli Hidrometeorologiya Xidməti avqustun 29-na gözlənilən hava şəraiti barədə məlumat yayıb.

Xidmətdən FED.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 20-24, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət isə gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 33-38 dərəcə isti təşkil edəcəyi proqnozlaşdırılır.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 23-28 dərəcə, bəzi yerlərdə 32 dərəcəyədək isti olacağı ehtimal edilir.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər duman. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 25-30 dərəcə, bəzi yerlərdə 33 dərəcəyədək isti olacağı bildirilir.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23, gündüz 33-38 dərəcə isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 34-39 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 30-35, dağlarda gecə 16-19, gündüz 22-27 dərəcə isti olacağı proqnozlaşdırılır.

Seçilən
114
49
fed.az

10Mənbələr