AZ

Metabolik sindrom Parkinson riskini 40% artırır

Metabolik sindrom Parkinson xəstəliyi riskini 40% artırır.

BAKU.WS xəbər verir ki, Neurology jurnalında dərc olunan araşdırmaya görə, İsveçdə aparılan tədqiqatda 467 min nəfər 15 il izlənilib və bu müddətdə 3 222 nəfərə Parkinson diaqnozu qoyulub.

Metabolik sindrom – piylənmə, yüksək qan təzyiqi, şəkər, yüksək trigliserid və aşağı HDL səviyyəsinin birgə müşahidə olunması ilə xarakterizə olunur. Bu sindromun dünya üzrə hər dörd yetkindən birində rast gəlindiyi bildirilir.

Alimlər qeyd edir ki, genetik meyilli şəxslərdə sağlam qidalanma, arıqlama və aktiv həyat tərzi Parkinson riskini azaltmaq üçün mühüm rol oynaya bilər.

Seçilən
3
1
far.az

2Mənbələr