AZ

Elvin Cəfərquliyev: "Çempionlar Liqasında "Barselona" ilə düşməyimizi istəyərdim"

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Sportal.az saytına açıqlama verib.

O, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandıqları üçün çox xoşbəxt olduğunu deyib:

"Azərbaycan xalqını təbrik edirəm. Mən də çox xoşbəxtəm. İkinci dəfə bu tarix yazıldı. Avropa Liqasında 1/8 finalında oynamışdım. Amma Çempionlar Liqasında heç vaxt oynamamışdım. Bu da mənim üçün tarixdir, özü də yaddaqalan. Çox xoşbəxtəm. Hamını təbrik edirəm. Azarkeşlərə də təşəkkürümü bildirirəm. Onlar olmasaydı, "Ferentsvaroş"la bəlkə o qədər də yaxşı oynaya bilməzdik".

Cəfərquliyev ÇL-in əsas mərhələsində "Barselona"ya qarşı oynamaq istədiyini söyləyib: "Son dəqiqələr təhlükəli idi. Bir qol buraxsaydıq, əlavə vaxta gedəcəkdi. Bizim üçün çox çətin oldu. Amma şükürlər olsun ki, ÇL-də əsas mərəhələyə keçən tərəf biz olduq. "Barselona" ilə düşməyimizi istəyərdim. Qismət, görək".

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
3
1
sportal.az

2Mənbələr