AZ

“İstəyərəm ki, “Barselona” ilə düşək” - “Qarabağ”ın müdafiəçisi

“Hər kəsi təbrik edirəm, ikinci dəfə tarix yazdıq.

Bu mənim üçün ilk oldu və xoşbəxtəm”.

Sportinfo.az xəbər verir ki, bunu Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Ferentsvaroş”la görüşdən (2:3) sonra “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev deyib.

Müdafiəçi söyləyib:

“Çox çətin oldu. Az qala matç əlavə hissələrə gedirdi. Rəqibimiz çox güclü idi.

Çox xoş oldu ki, bu cür bitirdik. İstəyərəm ki, liqa mərhələsində “Barselona” ilə düşək”.

Seçilən
2
sportinfo.az

1Mənbələr